Xəbər lenti

50 dərəcə soyuqda məktəbə gedirlər
Dünya11:58 27.11.2017

50 dərəcə soyuqda məktəbə gedirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sibir bölgəsində şagirdlər mənfi 50 dərəcə temperaturda məktəbə getməyə davam edirlər.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Saxa Respublikasının Oymyakon bölgəsində məktəblərin tətil elan edilməsi üçün temperatur -52 dərəcə olmalıdır. Buna görə rəsmi qurumlar təhsil müəssisələrində dərslərin ləğvi üçün səbəb görmür.
Oymyakondan 30 km cənubda yerləşən Yakutskda isə -45 dərəcə temperatur məktəblərdə tətil elanına kifayətdir.
Qeyd edək ki, Oymyakon insanların yaşadığı ən soyuq ərazidir. Burada temperatur 1973-cü ildə -65 dərəcəyə qədər enmişdi.
Gülşən