Yeni Zellandiyada məscidə hücum edərək 50 müsəlmanı qətlə yetirən Brenton Tarrant hakim qarşısına çıxıb.
Qaynarinfo xəbər verir ki, Ouklənd həbsxanasında saxlanılan Tarrant məhkəmə prosesinə video görüntü ilə bağlanıb. "Christchurch" Ali Məhkəməsinin hakimi Kameron Mander 50 qətl və 39 qətlə cəhddə ittiham edilən Tarrantın növbəti məhkəmə prosesinə, yəni 14 iyuna qədər həbsdə qalması barədə qərar çıxarıb.
Məhkəmə terrorçunun psixoloji vəziyyətinin qaydasında olduğunu müəyyənləşdirmək üçün müayinə aparılacağını açıqlayıb.
Gülşən