Xəbər lenti

50 yaşlı kişi bir toyda 3 arvad aldı (VİDEO)
Dünya05:15 31.12.2017

50 yaşlı kişi bir toyda 3 arvad aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uqandada yaşayan Məhəmməd Ssemanda adlı şəxs 3 qadınla eyni gündə toy edib. Qaynarinfo xəbər verir ki, onun arvadlarından ikisi bacıdır.
Həyat yoldaşları üçün ayrı-ayrı toy etmək istədiyini deyən Məhəmməd maddi vəziyyətinin buna imkan vermədiyini və bu səbəbdən 3 qadın üçün eyni gündə toy etdiyini bildirib.
Toy mərasimi ölkənin Vakiso bölgəsində keçirilib. 50 yaşlı bəy "Həyat yoldaşlarım arasında qısqanclıq yoxdur. Hər birinin ayrı evi var. Daha çox çalışıb onlara daha artıq dəstək olacağıma söz verirəm" deyib.
Məhəmməd Ssemandanın arvadlarından ən böyüyü 48, digərlərinin 24 və 27 yaşı var. Onun 47 yaşlı Salmat Naluvugge adlı qadından 5 uşağının olduğu bildirilir. 20 ildir Ssemanda ilə birlikdə yaşayan qadın ərinə bu toya görə təşəkkür edib və bu addımı ilə həyat yoldaşları arasında ayrı-seçkilik etməyəcəyini göstərdiyini bildirib.
Aydın