Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı cinayət işi İstintaq Komitəsinə verilib.
Qaynarinfo xəvər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətindən "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirib.
"Ermənistanın dördüncü prezidenti Armen Sarkisyana qarşı cinayət işi tabeçilik qaydasında İstintaq Komitəsinə göndərilib", deyə Milli Təhlükəsizlik Xidməti qeyd edib.
Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti iş üzrə istintaq hərəkətlərinin aparıldığını bildirmişdi.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan bu il yanvarın 23-də istefa verib. İstefadan bir gün Hetq.am saytı Sarkisyanın prezident seçilməzdən əvvəl Karib hövzəsindəki kiçik Sent Kitts və Nevis ştatının vətəndaşlığına malik olması barədə məlumat yayıb. Bu səbəbdən onun prezident seçilmək hüququ yox idi.
Məlumata görə, Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.
Aydın
Şərhlər