
Hökumət problemlə əlaqədar müşavirə keçirməyə məcbur olub
Rusiyada böyük qalmaqal yaranıb. Qanunlara tabe olan xeyli sayda vətəndaş cərimələri ödəməyən şəxs kimi qeydiyyata düşüb. Anspress-in “Kommersant”a istinadən verdiyi məlumata görə, onların ödədiyi vəsait barədə məlumatlar Federal xəzinədarlığa çatmayıb və Dövlət Avtomobil İnspeksiyası hesab edir ki, sürücülər cərimələri ödəməyiblər. Ötən həftənin sonunda hökumətin əlaqədar qurum nümayəndələrinin iştirakı ilə müşavirə də keçirilib.
Fedaral məhkəmə pristavları xidmətindən bildirilib ki, təkcə 2012-di ildə Dövlət Avtomobil İnspeksiyasından 500 minə yaxın ödənilməmiş cərimələr haqqında məlumat daxil olub. Lakin yoxlamalardan sonra məlum olub ki, həmin cərimələrin hamısı ödənilib.
Rusiya hökuməti hesab edir ki, yaranmış vəziyyətin günahı xəzinədarlığa vaxtında ödənişlər barədə məlumatları ötürməyən banklarda görürlər. Bankların nümayəndələri isə bunun üçün texniki imkanların olmadığını iddia edirlər.
Qaynar.info