Xəbər lenti

53 ukraynalı əsirin ölümündə əli olan koloniya rəisi partladıldı (VİDEO)
Dünya 16:00 09.12.2024

53 ukraynalı əsirin ölümündə əli olan koloniya rəisi partladıldı (VİDEO)

Donetskdə işğal altında olan ərazidə Yelenovka koloniyasının keçmiş rəisi Sergey Yevsyukovun içində olduğu "Toyota" markalı avtomobil partladılıb. 

Qaynarinfo xəbər verir ki, Rusiya təbliğat mediası hadisə yerindən görüntülər yayımlayıblar. Kadrlarda avtomobilin zədələnmiş vəziyyətdə olduğu görünür. Partlayış ən çox sürücünün oturduğu yerə təsir edib. Bir neçə nəfərin sürücüyə yardım göstərməyə çalışdığı görünür

RF-nin İstintaq Komitəsi avtomobilin partlaması nəticəsində iki nəfərin xəsarət aldığını bildirib.

Lakin Rusiya Telegram kanallarında Sergey Yevsyukovun partlayış nəticəsində öldüyü, həyat yoldaşının isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi, onun ayağının qopduğu yazılıb.
Mash Telegram kanalı "Toyota Land Cruiser" avtomobilinin altına təxminən 100 qram trinitrotoluol ekvivalentində plastik partlayıcı yerləşdirildiyini bildirib.

İyul ayında Ukrayna Təhlükəsizlik Xidməti ukraynalı əsirlərin ölümündə iştirak edən Yelenovka koloniyasının keçmiş rəhbərliyinə qarşı şübhəli şəxs elan edildiyini bəyan etmişdi.

Söhbət Yelenovka qəsəbəsində yerləşən işğal altındakı "DNR-in Volnovax koloniyası"nın keçmiş rəhbəri Sergey Yevsyukov və onun birinci müavini Dmitri Neyolovdan gedir.

İstintaqın məlumatına görə, hər iki şəxs 29 iyul 2022-ci ildə gecə rusiyalılar işğal olunmuş həbsxanada partlayışlar törədəndə öz "vəzifələrində" olublar.

"Hər iki şəxs partlayışların nəticələrini və zərərçəkənlərin sayını anlasalar da, yaralıların tibb müəssisələrinə evakuasiyasını bilərəkdən gecikdiririblər. Toplanmış sübutlara əsasən, Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri Yevsyukov və Neyolova hərbi əsirlərə qarşı qəddar rəftar, qəsdən qətl törətmək, əvvəlcədən qəsd etmək üçün razılaşma əsasında bir qrup şəxs tərəfindən törədilən cinayətlər üzrə Ukrayna Cinayət Məcəlləsinin 2-ci hissəsinin 28-ci və 438-ci maddələri ilə ittiham irəli sürüb", - deyə Xidmətdən bildirilib.

Xidmətdə qeyd olunub ki, 2022-ci ilin noyabrında hər iki şəxs işğalçılar tərəfindən "vəzifələrindən" kənarlaşdırılıb və hazırda onlar Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində ədalətdən gizlənirlər.

Xatıaladaq ki, 29 iyul 2022-ci il tarixində Rusiya mediası Donetsk vilayətinin Yelenovka koloniyasının ukraynalı əsirlərin saxlanıldığı hissəsinin bombardman edildiyini bildirmişdi. Təbliğatçılar ən azı 53 nəfərin öldüyünü iddia ediblər.

Ukrayna Baş Qərargahı isə Rusiya Silahlı Qüvvələrinin iddiasını inkar edərək, bu zərbələrin Ukrayna Silahlı Qüvvələri tərəfindən endirilmədiyini bildirib. Baş Qərargahın məlumatına görə, ruslar əsirlərə edilən işgəncə və qətlləri gizlətməyə çalışıblar.

Kəşfiyyat xidmətinin fikrincə, Donetsk vilayətinin Yelenovka koloniyasında ukraynalı əsirlərin öldürülməsi Vaqner özəl hərbi şirkətinin muzdluları tərəfindən şəxsi göstərişlə həyata keçirilib və bu, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə razılaşdırılmayıb.

Ukrayna Təhlükəsizlik Xidməti təcavüzkarların Yelenovka koloniyasında ukraynalı əsirlərin ən azı 53 nəfərinin öldüyü partlayışa görə məhz Rusiya qüvvələrinin məsuliyyət daşıdığını təsdiqləyən telefon danışıqlarını ələ keçirib.

"Azov" bölmələri isə Yelenovkada hərbi əsirlərin qətlinə görə məsuliyyət daşıyanlara qarşı "ov" elan edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->