Xəbər lenti

55 rayonda İsa Qəmbərin adamları işləyəcək
Siyasət12:06 14.05.2013

55 rayonda İsa Qəmbərin adamları işləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Müsavat Partiyasının başqanı, partiyanın başqanlığa namizədi İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının toplantısı keçirilib. Toplantı Mərkəzi Seçki Qərargahının rəhbəri Arif Hacılının sədrliyi ilə baş tutub. 

A.Hacılı Mərkəzi Seçki Qərargahına Divanın qərarı ilə yeni üzvlər salındığını bildirib. Qeyd olunub ki, Xuraman Bağırova, Elçin Cərullazadə, Fəzli Mehdiyev və Günel Rəhimli Mərkəzi Seçki Qərargahı üzvləri sırasına salınıb. Beləliklə də, seçki qərargahı üzvlərinin sayı 32-yə çatıb.

Toplantıda ötən həftəyə dair verilən tapşırıqlar barədə məlumatlar dinlənilib. Bildirilib ki, artıq 55 rayon təşkilatında seçki kampaniyasını aparacaq şəxslərin siyahısı müəyyənləşdirilib. “Facebook” sosial şəbəkəsində İsa Qəmbərin seçki qərargahı səhifəsi yaradılıb. /musavat.com/