Xəbər lenti

68 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi (FOTO)
Dünya10:16 21.04.2020

68 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigeriyanın Laqos şəhərində 68 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Laqos Universiteti Tədris Xəstəxanasının rəhbəri Vasiu Adeyemo açıqlama verib. O, süni mayalanma yolu ilə hamilə qalan qadının dünyaya gətirdiyi əkizlərin sağlam olduğunu deyib. Bildirib ki, qadın həyatı boyunca ilk dəfə hamilə qalıb və 37-ci həftəsində qeysəriyyə üsulu ilə doğuş edib. 
Adeyemo bu hadisənin Nigeriya və Afrikada ilk olduğunu söyləyib.
Camal