Xəbər lenti

7 yaşlı şahmatçımız Avropa çempionu oldu (FOTO)
İdman19:37 29.08.2018

7 yaşlı şahmatçımız Avropa çempionu oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında Azərbaycanı təmsil edən Ayan Allahverdiyeva qızıl medal qazanıb.
Ayan 9 oyundan 8 xal yığmaqla 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.
Bundan başqa, Cahandar Azadəliyev 8 yaşa qədər oğlanlar arasında 9 oyundan 8 xal yığmaqla Avropa çempionu adını qazanıb. Avropa çempionumuz 9 oyunda bircə dəfə də məğlub olmayaraq, möhtəşəm qələbə qazanıb.