Bağırsaqların normal fəaliyyəti sağlamlıq və ümumi rifah üçün çox vacibdir. Bununla belə, bir çox insan müxtəlif həzm problemlərindən, o cümlədən qəbizlik, qarın ağrısı, köp, narahatlıq və ürəkbulanmadan əziyyət çəkir.
Qaynarinfo xəbər verir ki, London Kral Kollecinin mütəxəssisləri 75 klinik tədqiqatı təhlil edərək bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək edə biləcək məhsulları müəyyənləşdiriblər. Araşdırmada kivi xüsusilə yaxşı nəticə göstərib. Bu barədə rynekzdrowia.pl yazır.
Britaniyanın yeni tövsiyələrinə əsasən, qəbizlik zamanı ilk növbədə meyvə yemək və kifayət qədər su içmək lazımdır. Bu yanaşma probiotik qəbul etməkdən və ya sadəcə rasiondakı lif miqdarını artırmaqdan daha effektivdir.
London Kral Kollecinin doktoru Eyrini Dimidi kivinin ən faydalı meyvə olduğunu bildirir və gündə iki-üç kivi yeməyi tövsiyə edir. Onun sözlərinə görə, kivini qabığı ilə birlikdə yemək daha yaxşıdır. Bu, lif və xüsusilə fol turşusu kimi vitaminlərin qəbulunu artırır.
“Kivinin lətli hissəsi də çox faydalıdır, çünki tərkibində böyük miqdarda lif var”, deyə mütəxəssis vurğulayıb.
Kividəki lif nəcisin həcmini artıraraq bağırsaqların peristaltikasını stimullaşdırır. Kivi həmçinin nəcisdə suyun miqdarını artırır və bununla da onun yumşalmasına kömək edir.
Doktor Dimidinin sözlərinə görə, kran suyu ilə müqayisədə mineral su içmək daha yaxşıdır.
İçməli suyun tərkibindəki maqnezium oksidinin miqdarı da əhəmiyyət daşıyır. O, işlədici təsir göstərdiyi üçün bağırsaqların boşalmasına kömək edir.
Aydın
Şərhlər