Xəbər lenti

7,8 milyonluq qızıl avtomobil - FOTOLAR
Dünya08:08 20.09.2013

7,8 milyonluq qızıl avtomobil - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın “RGE Robert Gulpen” mühəndislik şirkətinin hazırlayacağı “Lamborghini Avendator LP 700-4 Coupe” avtomobilinin maketi belə görənləri təəccübləndirib.

Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, yeni avtomobil 22 əyyarlı qızıldan düzəldiləcək. Platin və almaz daşlarla bəzəniləcək, dünyanın ən bahalı avtomobili 7,8 milyon dollara satışa çıxarılacaq.

Şirkət rəhbəri maşını almaq istəyən milyaderlərin indidən sifarişlər verdiyini bildirib.

Yeni “Lamborghini” “Dünyanın ən bahalı və dəyərli” avtomobili kimi “Ginnesin rekordlar kitabı”na düşəcək.

Qızıl maşın texniki özəllikləri ilə də seçiləcək.

Dubayda avtomobil şousunda göstərilən maşın daha sonra Abu Dabidə və başqa yerlərdə nümayişə çıxacaq. 

Qaynar.info