Xəbər lenti

78 yaşında lotoreyada 14 milyon uddu
Dünya09:53 06.10.2014

78 yaşında lotoreyada 14 milyon uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanadalı pensiyaçı Leon Hirtl Lotto 6/49 lotereyasında 13,8 milyon dollar qazanıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Bell adasının 78 yaşlı sakini uğurlu bileti yerli aptekdən alıb.

Onun sözlərinə görə, ilk dəfə lotereyada 30 il əvvəl qazanıb və uduşun məbləği min dollar olub.

L.Hirtl 60 il balıqçı olub, iki il əvvəl isə balıqçılığa lisenziya müddəti başa çatdığına görə pensiyaya çıxmaq qərarına gəlib.

L.Hirtl 14 milyonu nəyə xərcləyəcəyini hələ bilmir.

Qaynar.info