Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır. Anspress-in"RİA Novosti"yə istinadla verdiyi məlumata görə, paytaxt Katmandu yaxınlığında baş verən 7,9 ballıq təkanlar zamanı ölənləri sayı 450-yə çatıb. Onlarla bina dağılıb. Təkanların təsiri ilə bəzi yollar iki hissəyə bölünüb.
Yerin 15 km dərinliyində olan zəlzələnin episentri Katmandudan 77 km şimal-qərbdə olub. Zəlzələ Hindistan və Pakistanda da hiss edilib.
Ölüm halları Katmandu və Bhaktapur bölgələrində qeydə alınıb.
Zəlzələ nəticəsində Katmanduda 19-cu əsrdən qalan tarixi bir qüllədə yıxılıb. Qüllənin dağıntısı altında azı 50 nəfərin olduğu ehtimal edilir. Dağıntılar altından 10-dan çox insan cəsədi çıxarılıb.
Əsas zəlzələdən sonra 6,6 bal gücündə ikinci təkan olub.
Təşvişə düşən əhali küçələrə tökülüb, məktəb binalarına sığınıblar.
CNN-nin məlumatına görə, təkanlar Everest dağında uçqun təhlükəsi də yaradıb.
Qaynar.info