Xəbər lenti

80 minlik əhalisi olan şəhəri alovdan xilas etmək mümkün olmayacaq - VİDEO
Dünya16:18 05.05.2016

80 minlik əhalisi olan şəhəri alovdan xilas etmək mümkün olmayacaq - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanadada güclü meşə yanğınları davam edir.

Musavat.com-un məlumatına görə, hökumət rəsmiləri Alberta əyalətindəki Fort-Makmyurrey şəhərini xilas etməyin mümkün olmayacağını düşünür. Artıq şəhərdən əhalinin köçürülməsinə başlanıb. 40 mindən çox insan artıq şəhəri tərk edib. Bu da şəhər əhalisinin yarısına bərabərdir.

Məlumata görə, qalan əhalinin köçürülməsi bu günə planlaşdırılıb. Şəhərdən çıxış üçün təkcə bir yol var. Bu yol da hər an yanan ağacların aşması nəticəsində bağlana bilər. 

Məlumdur ki, alov artıq minlərlə yaşayış evini məhv edib. Regiona əlavə qüvvələr gətirilib. Vəziyyət isti və  quru havaya görə bir az da pisləşib.

Qaynarinfo.az