Britaniyada bir tibb bacısı hamiləliyindən xəbəri olmadan 12 saatlıq iş növbəsindən sonra bir qız dünyaya gətirib.
Qaynarinfo "Daily Mail”ə istinadla xəbər verir ki, psixi xəstələrlə işləyən 31 yaşlı Emma Hindmarş işə o qədər həvəsli olub ki, 9 ayda qarnının necə və nə üçün yuvarlaqlaşdığını hiss etməyib.
Dediyinə görə, əvvəlcə çox və nizamsız yediyinə görə kökəldiyini düşünüb. Ancaq mayın 2-də, növbədən sonra Hindmarş evə qayıdıb və ərinə mədəsində ağrı hiss etdiyini deyib. İki ağrı kəsici içib, 2 saatdan sonra isə doğuş baş verib.
Uşağın atası Daniel Hindmarş İzabel Rouzun (qıza bu adı qoyublar) dünyaya "aydın səmada ildırım kimi" doğulduğunu deyib. O körpənin və özlərinin fotolarını paylaşıb.
Alpər
