Xəbər lenti

9 dil bilən professor tualet təmizləyir - FOTOLAR
Dünya05:03 18.11.2014

9 dil bilən professor tualet təmizləyir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

9 dil bilən professor tualet təmizləyir. Qaynar.info xəbər verir ki, bu şəxs hazırda Türkiyədə yaşayan Qvineya vətəndaşı Osman Turedir.

65 yaşlı qvineyalı professor 8 ildir Eskişəhərdə yaşayır və 5 ildir Aləm adlı məscidin tualetini təmizləyir. Osman Ture Qvineyadakı vətəndaş müharibəsi və və aclıq üzündən 8 il əvvəl Türkiyəyə gizli yollarla gəlib. Həmin vaxt o, Nacer Salma Universitetində Fransız dili və Ədəbiyyatı fakultəsində müəllim kimi fəaliyyət göstərirmiş. 

Eskişəhərdə hər kəsin "Osman ağa" kimi tanıdığı professor məscidin tualetini təmizləməklə yaşamağa çalışır. Onun 5 övladı olsa da, onları və həyat yoldaşı Qvineyada qalıb. Lakin sonradan hüquq mübarizəsini qazanaraq həyat yoldaşını Türkiyəyə gətirə bilib. Anası və 5 uşağı hələdə Qvineyada qalır. Osman Ture indi onları da Türkiyəyə gətirmək istəyir.

9 dil bilən qvineyalı professor ingilis və fransız dillərini yüksək səviyyədə bilir. 

Qaynar.info