Malaziyanın 93 yaşlı baş nazir Mahathir Məhəmməd ölkədə təqaüd yaşının 95 olduğunu deyərək zarafat edib.
Qaynarinfo Free Malaysia Today-ə istinadən xəbər verir ki, baş nazir malaziyalıların Böyük Britaniyada yerləşən iqamətgahında təşkil edilmiş çay qonaqlığında bu fikri səsləndirərək zarafat edib.
Bu ilin may ayında ölkə tarixində 2-ci dəfə baş nazir postuna yiyələnən Mahathir Məhəmməd vəzifədə uzun müddət qalmayacağını və bu dövrdə bir çox problemləri həll etməyə ümid etdiyini bildirib. Yaşının çoxluğu ilə əlaqədar danışan Malaziya rəhbəri "Xəstəlik səni öldürəcək, amma işləmək yox. Yalnız bədənin yox, beynin də əzələlərini işlətmək lazımdır", - deyə bildirib.
Qeyd edək ki, Mahathir Məhəmməd 1981-2003-cü illərdə də Malaziyaya rəhbərlik edib və onun hakimiyyəti illəri ölkə iqtisadiyyatının inkişaf dövrü kimi yadda qalıb.
Gülşən