Xəbər lenti

Ağ Ev: İrana qarşı sanksiyalar yumşaldıla bilər
Dünya05:20 08.11.2013

Ağ Ev: İrana qarşı sanksiyalar yumşaldıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrana qarşı sanksiyalar yumşaldılara bilər, lakin "altılıq"la Tehran arasında nüvə proqramı üzrə danışıqlarda razılıq əldə olunmasa, sanksiyalar daha da sərtləşdirilə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.

Onun sözlərinə görə, nüvə proqramı üzrə tam razılıq əldə olunmayınca əsas sanksiyalar qüvvədə qalacaq. Razılıq əldə olunmasa, böyük ehtimalla sanksiyalar daha da sərtləşdirilə bilər:

"Bu məsələdə ABŞ-ın siyasətinin məqsədi əvvəlki kimi qalır - İrana nüvə silahı hazırlamağa imkan verməmək".

Qeyd edək ki, noyabrın 7-də Cenevrdə "P5+1" ölkələri (Rusiya, Çin, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya) illə İran arasında nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi başlayıb.

Qaynar.info