Xəbər lenti

Dünən Ağ Ev niyə boşaldılıb: Təxliyə səbəbi açıqlandı
Dünya07:15 27.11.2019

Dünən Ağ Ev niyə boşaldılıb: Təxliyə səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Ağ Ev və paytaxtın təxliyyəsinə səbəbin quş sürüsü ola biləcəyi ehtimal edilir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün kəşfiyyat orqanlarının radarlarına naməlum cism düşüb. ABŞ Hərbi Hava Qüvvələri həyəcan siqnalı ilə hazır vəziyyətə gətirilib. Ölkənin milli təhlükəsizlik rəsmiləri öncə bunun qırıcı olduğunu açıqlayıblar. Sonradan təyyarənin düşmən sayılmadığı və təhlükə olmadığı bildirilib.
Quş sürüsü ehtimalından başqa radarlara atmosfer anomaliyası və pilotsuz təyyarə düşməsi versiyaları da nəzərdən keçirilir. Təhlükəsizlik xidmətləri ilk versiyanın olduğuna daha çox inanırlar. Çünki obyekt yavaş hərəkət edib və sonra dağılıb. Versiyanı ABŞ Hərbi Hava Qüvvələri də təsdiqləyib. Belə ki, təyyarələr həyəcan siqnalı ilə havaya qaldırılıb, lakin yad cisim aşkar etməyiblər.
Camal