Xəbər lenti

Ağ Evdə növbəti seks qalmaqalı - FOTOLAR
Dünya07:43 06.02.2014

Ağ Evdə növbəti seks qalmaqalı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngilis model və aktrisası Elizabet Hurleyin ABŞ-ın keçmiş prezidenti Bill Klintonla 1 il eşq yaşadığı ortaya çıxıb.

Qaynar.info
xəbər verir ki, keçmiş prezidentlə aktrisanın Ağ Evdə o zamanların "first lady"si olan Hillari Klintonun yataq otağının yanındakı otaqda sekslə məşğul olduqları iddia edilir.

Qalmaqal isə Hurleyin keçmiş sevgilisi Tom Sizemorun ortaya atdığı səs yazısında "Lizi (Elizabet) Bill Klintonla mən tanış etdim və eşq yaşadılar" deməsindən sonra yaranıb.

Tomdan Elizabetin telefon nömrəsini alan Klintonun aktrisaya zəng vurduğu, "Qulaq as Elizabet. Mən prezident Klinton. Boşboğazlıq etməyə çox vaxtım yoxdur. Dünyanı nüvə müharibəsindən qoruyuram. Bir təyyarə yollayıb səni bura gətirirəm" dediyi bildirilir.

Məşhur cütlüyün eşq münasibətləri də bu telefon zəngindən sonra başlayıb.

Qeyd edək ki, Bill Klinton Ağ Evdə Monika Levinski ilə yaşadığı eşqə görə impiçment təhlükəsi qarşısında qalmışdı. Bu eşq münasibəti tarixin ən böyük qalmaqalların biri hesab olunurdu.

Qaynar.info