Xəbər lenti

ABŞ-da 100 ilin faciəsi: Yanğınlar 5,52 milyard dollar ziyan vurub
Dünya10:58 13.08.2023

ABŞ-da 100 ilin faciəsi: Yanğınlar 5,52 milyard dollar ziyan vurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meşə yanğınlarından sonra Havay adalarının bərpasının dəyəri 5,52 milyard dollar qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Maui qraflığı öz "Facebook" səhifəsində məlumat verib.
Hakimiyyət orqanlarının məlumatına görə, Maui və Böyük adalarında yanğınlar nəticəsində 2170 bina dağılıb, onların 86%-i yaşayış binalarıdır.
Maui adalarında və Böyük adada yanğınlar avqustun 8-də quru, isti hava və güclü küləklər səbəbindən başlayıb. Bir neçə yaşayış məntəqəsi, o cümlədən məşhur turizm şəhəri Lahaina dağıdılıb. Son məlumatlara görə, ölənlərin sayı rekord həddə - 89 nəfərə çatıb. Havay adalarında baş verən yanğınlar ABŞ-da son 100 ildə ən çox ölümcül hadisə olub.
Aydın