Xəbər lenti

ABŞ-da 106 yaşlı pensiyaçı orta məktəb attestatı aldı (VİDEO)
Dünya11:28 22.02.2024

ABŞ-da 106 yaşlı pensiyaçı orta məktəb attestatı aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da 106 yaşlı kişi orta məktəb diplomu alıb.
Qaynarinfo bu barədə UPI-yə istinadən xəbər verir.
KİV-in məlumatına görə, sertifikat karolinalı Fred Smallsa təqdim edilib. Mərasimdə 100-dən çox insan iştirak edib və kişi təhsil haqqında attestatla yanaşı, məktəbin fəxri fərmanı da alıb.
Bildirilir ki, təqaüdçü 8-ci sinifdən sonra məktəbi yarımçıq qoyub, işə düzəlmək və ailəsini dolandırmaq üçün Vaşinqtona köçüb.
Smallsın nəvəsi Bardella Kinni bildirib ki, o, bir ildən çoxdur bu tədbiri təşkil edir. Nəvə sevinir ki, babası nəhayət vəsiqə alıb və bu hadisə şəhərin əsas xəbərinə çevrilib.
Aydın