Xəbər lenti

ABŞ-da benzin qiymətində tarixi rekord
Dünya08:15 12.06.2022

ABŞ-da benzin qiymətində tarixi rekord

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika Avtomobil Assosiasiyasının şənbə günü verdiyi məlumata görə, premium benzinin orta qiyməti ABŞ-da ilk dəfə olaraq bir qallon üçün 5 dolları ötüb.
Qaynarinfo bu barədə DAWN saytına istinadən xəbər verir.
Artan inflyasiyanın aylarla üst-üstə düşən bu rekord səviyyə qarşıda sennat seçkilərinə cəmi beş ay qalmış prezident Co Bayden üçün ən son pis xəbər sayıla bilər.
Müqayisə üçün vurğulanır ki, bir il əvvəl ABŞ-da benzinin orta qiyməti cəmi 3,07 dollar idi; o vaxtdan bəri 62 faiz bahalaşıb.
Avropalılar çoxdan yanacaqdoldurma məntəqələrində daha çox pul ödəməyə vərdiş etsələr də, ABŞ-ın yanacaq vergiləri daha aşağıdır və bu, avtomobilsevər amerikalıları artan qiymətlərdən şoka salır.
Avtomobil yanacağı qiymətlərindəki artım neft qiymətlərindəki davamlı artımdan sonra baş verir.
Qeyd edilir ki son illərdə Covid-19 pandemiyasının genişlənməsi və eləcə də fevralın sonunda Moskvanın Ukraynaya hücum  etməsindən sonra və əsas neft istehsalçısı olan Rusiyaya qarşı beynəlxalq sanksiyalar sərtləşməyə başlayanda neft qiymətləri daha da yüksəlib.
Hazırda həm Londonda, həm də Nyu Yorkda bir barrel xam neft 120 dollardan baha satılır.
Hökumətin məlumatlarına görə, may ayında ABŞ-ın ümumi enerji qiymətləri 2021-ci ilin eyni ayı ilə müqayisədə təxminən 35 faiz yüksək olub.
M.Arif