Las-Veqas hava limanında iki kiçik təyyarənin toqquşması nəticəsində 4 nəfər ölüb.
Qaynarinfo bu barədə "Upi" saytına istinadən xəbər
verir.
Nevada ştatının Las-Veqas hava limanında iki kiçik yüngül təyyarə - "Piper PA-46" və "Cessna 172" havada toqquşub.
Qəzadan sonra hadisə yerinə çox sayda ilk yardım qrupları gəlib.
Federal Aviasiya Administrasiyasının əldə etdiyi məlumata əsasən, yerli vaxtla saat 12-də baş vermiş hadisədə, "Piper” təyyarəsi eniş etməyə hazırlaşarkən "Cessna 172” ilə toqquşub və 30-cu uçuş-enmə zolağından şərqdə açıq sahələrə düşüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
M.Arif