Xəbər lenti

ABŞ-da işsizlik son üç ilin ən yüksək səviyyəsinə çatıb
Dünya 23:15 06.07.2024

ABŞ-da işsizlik son üç ilin ən yüksək səviyyəsinə çatıb

İyun ayında ABŞ-da işsizlik səviyyəsi 4,1%-ə çatıb. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Əmək Departamentinin Federal Statistika Bürosunun məlumatları sübut edir.

Nəticə gözləniləndən də pis olub. Analitiklər işsizliyin may ayında olduğu kimi 4% səviyyəsində qalacağını gözləyirdilər.

İyunun sonunda ABŞ-da 6,8 milyon insan işsiz olub. Ay ərzində ölkədə işsizlərin sayı gözlənilən 190-200 minə qarşı 206 min nəfər artıb.

Bir gün əvvəl Kanadada işsizlik məlumatları dərc olunub. Bu göstərici 6,4%-ə yüksəlib ki, bu da 2022-ci ilin yanvarından bəri ən pis nəticədir. Şimali Amerika ölkəsində işsizlik vəziyyəti keçən ilin aprelindən bəri durmadan pisləşir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->