Xəbər lenti

İdman 13:00 05.07.2022

ABŞ-da keçiriləcək nüfuzlu turnirdə iştirak edəcək karateçilərimiz müəyyənləşdi

Azərbaycan karateçiləri Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində nüfuzlu Dünya Oyunlarında iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət milli komandanın baş məşqçiləri Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar), Vahid Ayvazov (kata), eləcə də bu mötəbər yarışa vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), İrina Zaretska (-68 kq) və Roman Heydərovdan (kata) ibarətdir. 

7-17 İyul tarixlərində Dünya Oyunlarının karate yarışları 8-9 İyulda keçiriləcək. Kişi və qadın karateçillər hər birində 8 idmançı olmaqla 10 çəki dərəcəsi, həmçinin kata çıxışlarında mübarizə aparacaq.  
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->