ABŞ-ın Alabama ştatının Birmingem şəhəri yaxınlığındakı kilsədə atışma baş verib.
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər
verir.
Polisdən verilən məlumata görə, cümə axşamı yerli vaxtla saat 19:20 də Birmingem şəhərindəki Müqəddəs Stiven Yepiskop Kilsəsində kiçik qrup kilsə yığıncağında baş verən hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Vestavia Hills Polis Departamentinin kapitanı Şeyn Uor bildirib ki, bir nəfər şübhəli şəxs saxlanılıb. Həmin şəxsin kimliyi açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-da bu il ərzində 240 silahlı qarşıdurma baş verib.
M.Arif