Xəbər lenti

ABŞ-da Ukrayna üçün raket istehsalına 2,5 milyard dollar ayırmağı kim əngəlləyir? - "Politico"
Dünya09:50 18.06.2023

ABŞ-da Ukrayna üçün raket istehsalına 2,5 milyard dollar ayırmağı kim əngəlləyir? - "Politico"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində Respublikaçılar Partiyasının üzvləri Pentaqonun Ukrayna üçün raket istehsalına ayırdığı xərcləri 2,5 milyard dollar azaltmağa çağırıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” komitənin hesabat layihəsinə istinadən məlumat yayıb.
Bununla belə, respublikaçıların Çinlə potensial münaqişəyə hazırlaşmaq üçün Ukraynanı silahlandırmaq istəyən Pentaqonun raket istehsalını artırmaq kimi iddialı məqsədinə şübhə ilə yanaşdıqları bildirilir.
"Nüfuzlu Təxsisatlar Komitəsinin maliyyələşdirməni dəyişməsi prezident Co Baydenin son büdcə təklifində qeyd olunan müdafiə planlarının əsas sütununa zərbədir”, deyə nəşr bildirib.
Qeyd olunur ki, komitə "Raytheon Technologies” şirkətinin istehsalı olan standart raketlərin və qabaqcıl orta mənzilli "hava-hava” raketlərinin çoxillik alınmasına icazə verməkdən imtina edib.
"Komitə xüsusilə narahatdır ki, Müdafiə Nazirliyi real xərclər smetasını təqdim edə bilmir və bu çoxillik satınalma sorğularını hər bir proqramın vahid dəyəri və istehsal gücü barədə dəqiq dərk etmədən davam etdirir", deyə hesabatda qeyd olunur.
Komitənin dəniz zərbəsi raketləri, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, "Patriot Advanced Capability-3" raket seqmenti, uzaq mənzilli gəmi əleyhinə raketlər və hava-yer tipli gəmi əleyhinə raketlərin çoxillik alınmasını təsdiqlədiyi bildirilir.
Respublikaçılar isə qənaət edilən 2,5 milyard dolları hərbi təlim və texniki xidmətə, həmçinin yeni hərbi texnologiyaların və silahların hazırlanmasına sərf etməyi təklif edirlər.
Aydın