Xəbər lenti

ABŞ-dan Rusiyaya göz dağı: “Qiyamət günü” təyyarəsinin hansı özəllikləri var?
Dünya06:28 11.05.2022

ABŞ-dan Rusiyaya göz dağı: “Qiyamət günü” təyyarəsinin hansı özəllikləri var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu günlərdə Rusiyanın paytaxtı Moskva səmasında, Müqəddəs Bazil kilsəsinin üzərində Tu-160 strateji bombardmançı və səsdən sürətli reaktiv təyyarələr göründü. Digər tərəfdən II-80 olaraq da bilinən "Qiyamət günü" təyyarəsi 2010-cu ildən bəri ilk dəfə müşahidə edildi.
Bu təyyarənin hər hansı nüvə təhlükəsi zamanı Rusiya prezidentini və yüksək səviyyəli siyasətçiləri havada səfərbər edəcəyi gözlənilir. "Qiyamət günü” təyyarəsi İllyushin II-96 400 model sərnişin təyyarəsinin modifikasiyası ilə hazırlanıb.
Putinin "Qiyamət günü” təyyarəsi Moskva səmasında göründükdən 24 saat sonra eyni məqsəd üçün nəzərdə tutulmuş ABŞ-ın "Boeing E-4 Advanced Air Control" təyyarəsi, yəni "Gecə Gözətçisi” Cənubi Kaliforniya səmasında havada yanacaq doldurarkən görüntüləndi. Əgər ABŞ-da milli təhlükəsizliyə hər hansı təhlükə yaranarsa, bu təyyarədə ölkə prezidenti, müdafiə naziri və Birləşmiş Qərargahın yüksək rütbəlilərin olacağı gözlənilir.
Rusiyanın "Qiyamət günü"təyyarəsi. Təyyarənin kokpitdən başqa pəncərələri yoxdur. Foto: Reuters
11 sentyabr hücumları zamanı Florida ştatında məktəbə baş çəkən ABŞ prezidenti Corc Buş Nyu-Yorka və Pentaqona edilən hücumları eşitdikdən sonra onu təhlükəsiz əraziyə aparmaq üçün ABŞ Hərbi Hava Qüvvələrinin pilotu Mark Tillmana tarixi missiya verilib. İllər sonra xatirələrini danışan Tillman həmin anları belə nəql edir: "Burada aldığım hərbi təlimlər işə düşdü. Fərqli insanlardan fərqli təlimatlar alırdıq. Bizim işimiz prezidenti təhlükəsiz yerə aparmaq idi. Biz bunu necə edəcəyimizi bilirdik". 
Həmin vaxt bütün kommersiya uçuşları ləğv edilib. Başqa sözlə, Buşun təyyarəsi havada uçan və mülki insanları daşıyan yeganə təyyarə idi.
ABŞ-ın "Qiyamət günü” E-4B təyyarəsi 112 nəfər tutumuna malikdir. Təyyarənin içərisində olan 65 kiçik peykdən ibarət rabitə sistemi, onun ABŞ sualtı qayıqları da daxil olmaqla dünyanın istənilən nöqtəsi ilə hər zaman əlaqə saxlamasını təmin edir. Əgər ABŞ prezidenti ölkədədirsə, üç mərtəbəli, 200 milyon dollarlıq qiyamət təyyarələrindən biri hər an havaya qalxmağa hazır vəziyyətdə saxlanılır.
 ABŞ-ın "Qiyamət günü" təyyarəsi havada yanacaq doldurur. Foto: ABŞ Hərbi Hava Qüvvələri
Hərbi sirlər çərçivəsində həm Rusiya, həm də ABŞ-ın qiyamət təyyarələri ilə bağlı əlavə məlumat verilməsə də, amma bəzi faktlar var.
ABŞ-ın "Qiyamət günü” təyyarəsi səkkiz gün ərzində 22 538 dəniz mili qət edə bilir, havada üç dəfə yanacaq doldurur və altı tankerə yanacaq daşıyır. Bu təyyarələrdən dörd ədəd var və onlar 1980-ci ildən hazır vəziyyətdə saxlanılır.
ABŞ-ın "Qiyamət günü” təyyarəsinin içindəki bir çox texnologiya rəqəmsal deyil, analoq konsollar şəklindədir, çünki nüvə müharibəsi baş verərsə, rəqəmsal infrastrukturun dağılacağı düşünülür. Bu təyyarələrin istifadə müddətinin 2039-cu ilə qədər olduğu deyilir.
Günay