Xəbər lenti

ABŞ deyil: Dünyanın ən dadlı burgerləri harda satılır? - TOP-25
Dünya 23:19 19.09.2025

ABŞ deyil: Dünyanın ən dadlı burgerləri harda satılır? - TOP-25

Burgerlər ən şirəli formaları və nəhəng ölçüləri ilə fərqlənir. Lakin "dünyanın ən yaxşı burgeri" titulunu vermək heç də asan deyil.

Qaynarinfo xəbər verir ki, "World's Best Steaks" xidməti bu məsələyə aydınlıq gətirərək planetin ən təsirli 25 burgerinin siyahısını açıqlayıb.

Onların seçimlərinə əsasən, bu titul İspaniyanın Valensiya şəhərində yerləşən "Hundred Burgers" restoranına qismət olub.

"Hundred Burgers" sadəcə bir restoran deyil. O, burgerlər dünyasında ustalığın etalonu olub. Təzə inqrediyentlərdən güzəştsiz istifadə, düşünülmüş dad birləşmələri və innovasiya ruhu sayəsində restoran qlobal tanınma qazandı və dünyanın ən yaxşı burger qrupu adına layiq görüldü", deyə "World's Best Steaks" saytında qeyd edilir.

Məlumata görə, ziyarətçilər burada xüsusi şəkildə hazırlanmış quru ətirli mal əti qiyməsindən bişirilmiş burgerləri, evdə hazırlanan demi-briyoş çörəklərində dada bilərlər. Menyuda xüsusilə "singulyar" və "çizburger"in dadına baxmaq tövsiyə olunur.

Siyahıda Londonun da yüksək nəticə göstərdiyi bildirilir. Britaniya paytaxtının altı restoranı ilk 25-liyə daxil olub. Birinci yeri "Bleecker Burger" tutub. Şəhərin müxtəlif yerlərində şəbəkəsi olan bu restoranın ardınca "Black Bear Burger" üçüncü pillədə qərarlaşıb. Bundan başqa, "Dove", "Hawksmoor" və "Heard" restoranları da siyahıya düşüb.

Dünyanın ən yaxşı 25 burger:

1. Hundred Burgers (Valensiya)
2. Bleecker Burger (London)
3. Black Bear Burger (London)
4. Popl Burger (Kopenhagen)
5. Funky Chicken Food Truck (Stokholm)
6. Gasoline Grill (Kopenhagen)
7. La Birra Bar (Buenos-Ayres)
8. Hawksmoor (London)
9. Burger & Beyond (London)
10. Next Door (Sidney)
11. Dove (London)
12. The Gidley (Sidney)
13. Sip & Guzzle (Nyu-York)
14. Charrd (Melburn)
15. Nowon (Nyu-York)
16. All or Nothing Burger (Alikante)
17. Gui's Burger (Aşiya)
18. 11 Woodfire (Dubay)
19. The Loyalist Burger (Çikaqo)
20. Salt Shed (Brayton)
21. Red Hook Tavern (Nyu-York)
22. Reburger (Florensiya)
23. 4 Charles (Nyu-York)
24. Amboy (Los-Anceles)
25. Heard (London)

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->