Xəbər lenti

ABŞ dövlət katibinə Ukrayna hədiyyəsi: Detallar yalnız illər sonra açıqlanacaq (FOTO)
Foto 15:00 12.03.2025

ABŞ dövlət katibinə Ukrayna hədiyyəsi: Detallar yalnız illər sonra açıqlanacaq (FOTO)

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ dövlət katibi Marko Rubioya patron qutusundan hazırlanmış Müqəddəs Məryəm ikonasını hədiyyə edib. 

Qaynarinfo xəbər verir ki, diplomat bu barədə Facebook səhifəsində paylaşım edib.  

Sibiqa bildirib ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlarda müharibə əsirlərinin, mülki şəxslərin azad edilməsi və ukraynalı uşaqların geri qaytarılması məsələsinə xüsusi diqqət yetirilib.  

"Bu, bizim prinsipial mövqeyimizdir", – deyə o vurğulayıb.  

NV nəşrinin məlumatına görə, patron qutularında çəkilmiş ikonalar Kiyevli rəssamlar Sofiya Atlantova və Aleksandr Klimenkonun bədii layihəsidir. Layihənin əsas məqsədi ölüm rəmzi olan silah qutusunu həyat rəmzi olan ikonaya çevirməkdir.  

Klimenkonun sözlərinə görə, ikonaların çəkildiyi patron qutuları Kiyev, Xarkov və Donetsk vilayətlərindəki döyüş bölgələrindən gətirilib. Bu layihə 2014-cü ildən həyata keçirilir.  

"Atlantova və Klimenkonun patron qutularında çəkdiyi ikonalar Roma Papasına, İstanbul Patriarxı Varfolomeyə, Böyük Britaniya kralı III Çarlza, həmçinin bir sıra prezidentlərə, baş nazirlərə və dünyanın aparıcı siyasətçilərinə təqdim edilib", – deyə məlumatda bildirilib.  

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib ki, danışıqlarda əsas rolu Vladimir Zelenski oynayıb.  

"Bu, iştirak etdiyim ən maraqlı danışıqlardan biri idi. Ukrayna nümayəndə heyəti və xüsusilə Prezident, uzaqdan olsa da, prosesə rəhbərlik edirdi. Ətraflı detalları yalnız illər sonra açıqlamaq mümkün olacaq", – deyə Tixi bildirib.  

ABŞ Prezidenti Donald Tramp isə Səudiyyə Ərəbistanındakı görüşlərin nəticələrinə toxunaraq ümid etdiyini bildirib ki, Rusiya atəşkəsi qəbul edəcək. O əlavə edib ki, ABŞ rəsmiləri çərşənbə axşamı və ya çərşənbə günü Rusiya nümayəndələri ilə görüş keçirəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->