Ukraynaya ABŞ istehsalı olan silahlarla Rusiyanın dərinliyinə zərbə endirmək üçün icazə verilməsi, əgər bu həqiqətən baş veribsə, gərginliyin keyfiyyətcə yeni mərhələsi və Vaşinqtonun Ukrayna münaqişəsində iştirakı səviyyəsinin artması anlamına gəlir.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Əgər belə bir qərar doğrudan da formalaşdırılıb və Kiyev rejiminə çatdırılıbsa, bu, gərginliyin keyfiyyətcə yeni mərhələsi və ABŞ-ın bu münaqişədə iştirakının yeni səviyyəsidir," - deyə o, "İnterfaks"a açıqlamasında bildirib.
Moskvanın Vaşinqtonun bu qərarına reaksiyası barədə suala cavab verən Peskov, bu məsələyə dair Rusiya Prezidenti Vladimir Putinin sentyabr ayında Sankt-Peterburqda keçirilən mədəniyyət forumunda dediklərini xatırladıb.
"Bu raket sistemlərinin uçuş tapşırıqlarını yalnız NATO ölkələrinin hərbçiləri yerinə yetirə bilər. Ukrayna hərbçiləri bunu edə bilməz. Ona görə də məsələ Ukrayna rejiminə bu silahlarla Rusiyaya zərbə endirməyə icazə vermək və ya verməməkdən ibarət deyil. Məsələ NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirak etməsinə qərar verilib-verilməməsindədir. Əgər bu qərar qəbul edilərsə, bu, NATO ölkələrinin – ABŞ-ın və Avropa ölkələrinin – Ukrayna müharibəsində birbaşa iştirakı anlamına gələcək," - deyə Putin həmin vaxt bildirmişdi.
Qeyd edək ki, Fransanın "Le Figaro" nəşri Paris və Londonun da Ukraynaya Rusiyanın dərinliyinə zərbə endirmək üçün icazə verildiyi ilə bağlı məlumat yaysa da, daha sonra yayımladığı məlumatı silib.
Silinmiş məlumatda qeyd edilirdi ki, Fransa və Böyük Britaniya Kiyevə öz istehsalı olan "SCALP" və "Storm Shadow" raketlərindən istifadə etməklə zərbələr endirmək üçün icazə verib.
Bundan əvvəl ABŞ mətbuatı xəbər vermişdi ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Ukraynaya verilən silahların Rusiyanın dərinliyinə hücum məqsədilə istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Aydın
Şərhlər