ABŞ Dövlət Departamenti Fələstinin HƏMAS radikal hərəkatının maliyyələşdirmə mexanizmlərini dayandırmağa kömək edəcək məlumatlar üçün 10 milyon dollara qədər mükafat ödəməyə hazır olduğunu bildirib.
Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"ABŞ Dövlət Departamentinin Ədliyyə üçün Mükafat Proqramı xarici terror təşkilatı HƏMAS-ın maliyyə tənzimləmələrinin pozulmasına səbəb olan məlumatlara görə 10 milyon dollara qədər mükafat təklif edir", deyə Dövlət Departamentinin bəyanatında bildirilir.
Departament HƏMAS-ın investisiya portfelində şirkətləri idarə edən vasitəçilər, hərəkatın gəlirlərinin leqallaşdırılması və ona pul köçürmələri, habelə qrup üzvlərinin və onun tərəfdarlarının cəlb olunduğu cinayət sxemləri haqqında məlumatlarla maraqlanır.
Aydın