Ağ Ev və ABŞ Konqresi hələ də 2024-cü il üçün xərclərin səviyyəsi ilə bağlı razılığa gəlməyiblər, buna görə də ölkə hökuməti qismən bağlanma riski ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bu bəyanatla ABŞ Administrasiyasının İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq çıxış edib.
Qurum rəsmisi qeyd edib ki, o, adətən müxtəlif problemləri həll edərkən nikbin olur. Lakin onun sözlərinə görə, bu vəziyyətdə məsələyə belə münasibət bəsləmək çətindir.
Yanq 20 yanvar tarixindən sonra xərcləməyə razılıq vermə ehtimalından qorxduğunu deyib. ABŞ administrasiyasının nümayəndəsi istisna etməyib ki, parlamentdəki bəzi mühafizəkarlar hökumətin bağlanmasını görmək istəyirlər.
"Onların ritorikası məni narahat edir. Baxmayaraq ki, Konqres rəhbərliyi bunun konstruktiv yol olmadığını başa düşür. Ancaq bu cür hissləri cilovlaya biləcəkmi?", deyə Yanq bildirib.
Yanvarın 4-də Ağ Evin sözçüsü Karin Jean-Pyer bildirib ki, ölkə hökuməti yenidən fəaliyyətini dayandırmaqla hədələnib. Onun sözlərinə görə, ABŞ administrasiyanın qismən bağlanmasına 16 gün qalır.
Aydın