Xəbər lenti

ABŞ ilyarımdan sonra Rusiyaya qarşı qoyduğu sanksiyanı niyə pozdu? (ŞƏRH)
Dünya08:59 11.01.2024

ABŞ ilyarımdan sonra Rusiyaya qarşı qoyduğu sanksiyanı niyə pozdu? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə bir fakt realdırsa və ABŞ-ın hüquqi vergi bazası altında fəaliyyət göstərən hansısa şirkət onu həyata keçiribsə, həmin qurum ölkə qanunlarına görə cərimələnməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban ABŞ-ın ilyarımlıq fasilədən sonra özünün qoyduğu sanksiyalara rəğmən Rusiyadan neft almasını şərh edərkən deyib. 
İlham Şaban qeyd edib ki, Rusiyadan alınan neftin həcmi çox kiçik olsa da, istənilən halda ABŞ qanunvericiliyinə görə, bu, qanun pozuntusudur: 
"Yəqin ki, bir müddətdən sonra baş vermiş hadisəyə münasibətdə hansısa addımın atılacağının şahidi olacağıq. Əslində, ABŞ Rusiya neft, neft məhsulları və qazına ehtiyacı olan ölkə deyil. Bu baxımdan, hansısa hüquqi şəxs marketinq maraqlarına görə Rusiyadan nefti 74 dollardan alıb, qiymət 85 dollar olan vaxt 80 dollardan başqa ölkəyə sataraq aradakı fərqdən qazanıb".
Ekspertin sözlərinə görə, belə hallar bazarda daim baş verir:
"Ancaq reallıqda atılan addımın fəsad olaraq nəyəsə təsir edəcəyini düşünmürəm. Onu sanksiyalara zidd məsələ kimi masştablı şəkildə qəbul etmək olmaz.  Bütün hallarda bu,ABŞ qanunlarının pozulmasıdır. ABŞ-da dövlətin ticarətlə məşğul olmadığını nəzərə alsaq, burada dövləti qınamaq yersizdir. Bunu həyata keçirən ancaq özəl şirkətlərdir və yəqin ki, buna görə cavablarını da verəcəklər".
Qeyd edək ki, ABŞ Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında ABŞ Rusiyadan 2,7 milyon dollarlıq 36,8 min barel, noyabrda isə 750 min dollara 9,9 min barel neftin alışı həyata keçirib. Bu isə onu göstərir ki, ABŞ ilyarımlıq fasilədən sonra Rusiyadan neft idxalını bərpa edib. Özü də ABŞ üçün Rusiya neftinin bir barreli oktyabrda 74, noyabrda isə 76 dollara başa gəlib. Bu, elə ABŞ tərəfindən Rusiya neftinə qoyulan bir barel üçün 60 dollarlıq "qiymət tavanı”ndan xeyli yüksəkdir.
Rüfət Sultan