Xəbər lenti

ABŞ Şimali Koreyanı dərhal danışıqlara qayıtmağa çağırdı
Dünya06:42 13.04.2023

ABŞ Şimali Koreyanı dərhal danışıqlara qayıtmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqton Şimali Koreyanın ballistik raket buraxılışını kəskin şəkildə pisləyir və Pxenyanı danışıqlar masasına oturmağa çağırır. 
Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Adrienn Vatsonun Ağ Ev tərəfindən yayılan bəyanatında deyilir.
"Birləşmiş Ştatlar KXDR-i uzun mənzilli ballistik raket sınağına görə qətiyyətlə pisləyir. Biz bütün ölkələri bu pozuntuları pisləməyə və KXDR-i ciddi danışıqlar masasına oturmağa çağırırıq. Diplomatiyanın qapısı bağlanmayıb, lakin Pxenyan sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalı və bunun əvəzinə diplomatik fəaliyyətə üstünlük verməlidir.
Nümayəndə qeyd edib ki, bu sınaq BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulmasıdır. Bu, "gərginliyi artırır və regionda təhlükəsizlik və sabitliyi pozan risklər yaradır”.
O, əlavə edib ki, Birləşmiş Ştatlar ABŞ, Koreya Respublikası və Yaponiyanın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.
Şimali Koreya cümə axşamı səhər Pxenyan yaxınlığındakı bir nöqtədən Yapon dənizinə doğru orta və ya uzun mənzilli ballistik raket buraxıb. Cənubi Koreya hərbçiləri yüksək bucaqlı raketin suya düşməzdən əvvəl təxminən 1000 km yol qət etdiyini təxmin ediblər.
Buraxılış Şimali Koreyanın mərhum banisi Kim İr Senin 111-ci doğum günündən iki gün əvvəl baş tutub və Pxenyanın ilk hərbi peykini orbitə çıxarmaq üçün uzaqmənzilli raket buraxa biləcəyi ilə bağlı fərziyyələr fonunda baş verib. Bundan əvvəl Şimali Koreya peykin buraxılması ilə bağlı hazırlığı apreldə başa çatdıracağına söz vermişdi.
Alpər