Son günlər Avdeyevka yaxınlığında iki oxşar zirehli texnika toqquşması baş verib. Hər iki halda 30 ilə yaxın yaşı olan ABŞ-ın "Bradley” piyada döyüş maşınları yeni Rusiya texnikasını maşınlarını məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild"in açıq məlumatların təhlili üzrə ekspert Yulian Röpke
bildirib.
Həftə sonu Avdeyevkanın şimal-qərbindəki Stepovoye kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadası Rusiyanın ən yeni T-90M "Prorıv” tankını dayandırıb. Tankın 125 mm çaplı silahı olduğu halda, "Bradley” 25 mm çaplı silaha malikdir. Bununla belə, iki piyada döyüş maşını tankı dəqiq vura bilib, bundan sonra o, dron tərəfindən məhv edilib. Amerika maşınlarına ziyan dəyməyib.
Daha sonra yenə də həmin ərazidə Ukrayna Silahlı Qüvvələrinin 109-cu əlahiddə briqadasının döyüşçüləri Rusiyanın üç BMP-2-si ilə qarşılaşıblar. Onların köməyinə 47-ci briqadanın üç "Bradley”si gəlib. Ukraynalılar yaxın döyüşdə Rusiya Silahlı Qüvvələrinin hər üç texnikasını məhv ediblər.
Röpkenin yazdığı kimi, bu, Ukraynanı Qərb silahları ilə təmin etməyin vacibliyini və "Qərb texnikasının təkbətək döyüşdə Rusiyanın analoqlarında nə dərəcədə üstün olduğunu” göstərir.
Nizami Bağırov