Xəbər lenti

ABŞ-ın eks-prezidentini öldürmək istəyən terror planı ifşa edildi
Dünya08:32 25.05.2022

ABŞ-ın eks-prezidentini öldürmək istəyən terror planı ifşa edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın təhlukəsizlik qurumları sabiq prezident Corc Buşun öldürülməsi ilə bağlı İŞİD üzvünün qurduğu planı ifşa edərək, zərərsizləşdirib. 
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.  
Federal Təhqiqatlar Bürosu (FTB) rəsmilərinin sözlərinə görə, Ohayo ştatında yaşayan iraqlı qaçqın sui-qəsd planını gerçəkləşdirmək üçün 4 İraq vətəndaşını qanunsuz yollarla Meksikadan ABŞ-a gətitib.
Artıq 52 yaşlı Şiham Əhməd adlı şəxs saxlanılıb. O, 2020-ci ildə ABŞ-da sığınacaq alıb və "Əl-Raad" adlı qruplaşmanın üzvü olduğunu bildirib. 
FTB aylar öncə onun planını bildikdən sonra, məxfi vasitəçilər kimi yardım göstərməyi təklif edib. Hətta FTB-nin xəfiyyəsi onu Buşun iqamətgahının yaxınlığına da apararaq, ordan şəkillər çəkib.  
Şihab Əhməd eks-prezidenti İraqın parçalanması və insanların ölümünə görə qətlə yetirmək istəyirmiş. 
M.Arif