Xəbər lenti

ABŞ-ın gizli sənədlərini internetdə kimin yaydığı üzə çıxdı - WP
Dünya08:13 13.04.2023

ABŞ-ın gizli sənədlərini internetdə kimin yaydığı üzə çıxdı - WP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Müdafiə Nazirliyi və kəşfiyyatının məxfi sənədlərinin sızmasının arxasında duran şəxs bunları işlədiyi "hərbi baza"dan əldə etdiyini deyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" materialların yayıldığı "Discord" platformasındakı çat iştirakçısına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 2023-cü ilin martına qədər bir neçə ay ərzində Amerika kəşfiyyatının materialları "Discord"da qapalı qrupda yayılıb. Çat iştirakçılarından biri "The Washington Post"a bildirib ki, sənədlər OG adı ilə qeydiyyatdan keçmiş istifadəçi tərəfindən dərc olunub. O, adını açıqlamayan "hərbi bazada” işlədiyini qeyd edib. 
"O, bu sənədləri dərc edərkən, şübhəsiz ki, nə etdiyini bilirdi. Bu, təsadüfi sızma deyil”, - "Discord" qrupunun üzvlərindən biri nəşrə bildirib. 
"The Washington Post" qeyd edir ki, dərc olunan materiallar arasında sənədlərə giriş yalnız ciddi yoxlamalardan keçmiş şəxslərə verilib.
"Discord" çatının iki üzvü nəşrə bildiriblər ki, onlar OG-nin əsl adını, eləcə də yaşadığı və işlədiyi ştatı bilirlər. Lakin onlar bu məlumatı açıqlamaqdan imtina ediblər. Həmsöhbətlərdən birinin sözlərinə görə, OG ləqəbli istifadəçinin təxminən 20 yaşı var.
"The Washington Post" həmçinin yazır ki, çat iştirakçılarından biri OG-nin göründüyü videonu nəşrə təqdim edib. "O, atış meydançasında eynək və qulaqcıq taxıb, əlində böyük tüfənglə dayanıb. O, kameraya bir sıra irqçi və antisemit təhqirlər səsləndirir, sonra isə hədəfə bir neçə atəş açır”, – qəzet videonun təsvirinə istinadən yazır.
Aprel ayında Qərb mediası ictimaiyyətə açıqlanan gizli kəşfiyyat materiallarından sənədləri yaymağa başlayıb. "Discord" sızıntının araşdırılmasında ABŞ səlahiyyətliləri ilə əməkdaşlıq etməyə razılaşıb.
Nizami Bağırov