İllinoys Dairə Prokurorluğu ABŞ-ın Müstəqillik Günü münasibətilə Highland Parkda keçirilən paradda adamları silahla qətlə yetirməkdə şübhəli bilinən Robert Krimoya qarşı yeddi qətl ittihamı irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu haqda rayon prokuroru Erik Rinehart yerli televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında
bildirib.
Raynhart 22 yaşlı Krimonun "gələcəkdə əlavə ittihamlarla üzləşəcəyini" deyib.
Prokurorluq məhkəmə müddətində Krimonun zaminə buraxılmaq imkanından məhrum edilməsini tələb etmək niyyətindədir. Prokuror bildirib ki, məhkəmə onu təqsirli bilsə, o, şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası ala bilər.
Xatırladaq ki, Çikaqo şəhərətrafı Haylend Parkda atışma bazar ertəsi səhər ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən parad zamanı baş verib. Son məlumatlara görə, 7 nəfər onun qurbanı olub, 26 nəfər xəstəxanaya yerləşdirilib. Şübhəli hadisə yerindən qaçıb, lakin tezliklə polis tərəfindən saxlanılıb. Onun reper olduğu deyilir.
Alpər