Xəbər lenti

ABŞ-ın Müstəqillik Günü tədbirində atışma: 5 ölü, 16 yaralı
Dünya18:24 04.07.2022

ABŞ-ın Müstəqillik Günü tədbirində atışma: 5 ölü, 16 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın İllinoys ştatında yerləşən Hiqland Park şəhərində Müstəqillik Günü mərasimində atışma olub.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, silahlı insident nəticəsində azı 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, atışma 4 iyul bayramını pozub və bir neçə atışma səsi eşidilib. Bundan sonra mərasim iştirakçıları ərazidən qaçmağa məcbur olur.
İllinoys ştatının rəsmisi Bred Şnayder "Twitter" hesabında atışma baş verən zaman özünün və əməkdaşlarının paradda olduğunu bildirib.
M.Arif