ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd Lin Treysi Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini zəruri hesab edir.
Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər
verir.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində namizədliyinin təsdiqi ilə bağlı dinləmələrdə Treysi vurğulayıb ki, "düzgün kurs sanksiyaların kursu, onların daha da sərtləşdirilməsidir”.
Bundan əlavə, o qeyd edib ki, Birləşmiş Ştatlar Strateji Hücum Silahlarının Əlavə Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsinə (START) "sabitliyi təmin etmək üçün alət kimi” baxır. Onun sözlərinə görə, Rusiya hakimiyyətinə razılaşmaya uyğun olaraq yoxlamaları bərpa etməyə icazə verilərsə, ABŞ administrasiyası bu mövzuda danışıqlara hazırdır.
O, həmçinin Moskva ilə Vaşinqton arasında "aydın rabitə kanalının” olmasının "tamamilə zəruri” olduğunu bildirib və əlavə edib ki, "amerikalılar və ruslar arasında qarşılıqlı anlaşmanın təşviqi ikitərəfli münasibətlərdə uzunmüddətli sabitliyə töhfə verə bilər”.
Alpər