Xəbər lenti

ABŞ-ın təyyarədaşıyan gəmisi güc nümayişi olaraq Cənubi Koreya limanına girəcək
Dünya09:06 10.10.2023

ABŞ-ın təyyarədaşıyan gəmisi güc nümayişi olaraq Cənubi Koreya limanına girəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın "USS Ronald Reyqan" təyyarədaşıyan gəmisi Şimali Koreyadan gələn təhdidlərin artması ilə bağlı Seulun xəbərdarlığı fonunda cümə axşamı Cənubi Koreyanın Pusan limanına girəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədaşıyan gəmi oktyabrın 16-dək Pusanda qalacaq və onun mövcudluğu Şimali Koreyanın istənilən təxribatı olacağı təqdirdə Cənubi Koreya və ABŞ-ın müdafiə qabiliyyətini gücləndirəcək.
"USS Ronald Reyqan" təyyarədaşıyan gəmisi sonuncu dəfə Cənubi Koreyaya 2022-ci ildə səfər edərək Şimali Koreyaya qarşı güc nümayişində digər hərbi gəmilərə qoşulub.
Çərşənbə axşamı Şimali Koreyanın dövlət mediası ABŞ-ın strateji aktivlərinin, o cümlədən sualtı qayıqların və bombardmançıların Asiya-Sakit okean regionunda yerləşdirilməsini tənqid edib.
Qeyd edək ki, təyyarədaşıyan gəminin yerləşdirilməsi ABŞ-ın Cənubi Koreya prezidenti Yun Sok-Yol və ABŞ lideri Co Baydenin aprel ayında keçirilən sammit zamanı açıqladığı Vaşinqton Bəyannaməsində öz strateji hərbi aktivlərinin "müntəzəm görünməsini" artırmağı vəd etdiyi vaxta təsadüf edir.
Cənubi Koreya Hərbi Dəniz Qüvvələri bazar ertəsi və çərşənbə axşamı Cənubi Koreyanın Ceju adasının yaxınlığındakı sularda Yaponiyanın müdafiə qüvvələri ilə birgə dəniz təlimləri keçirib.
Ölkənin Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, 2016-cı ildən bəri ilk dəfə keçirilən təlim "Şimali Koreyadan irəli gələn nüvə və raket təhdidlərinin qarşısını almaq və onlara cavab verməkdir”.
Nizami Bağırov