ABŞ administrasiyası Fələstin ərazilərindəki İsrail yaşayış məntəqələrində tədqiqat layihələrinin maliyyələşdirilməsi üçün ABŞ büdcə vəsaitlərinin istifadəsinə qoyulan qadağanı bərpa edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" portalı yazır.
Bu qadağa 1967-ci ildən 2020-ci ilin oktyabrına qədər ABŞ-ın o zamankı prezidenti Donald Tramp administrasiyası tərəfindən ləğv edilənədək qüvvədə idi.
Qeyd olunur ki, ABŞ Dövlət Departamenti İordan çayının qərb sahili, Şərqi Qüds və Qolan təpələrində dövlət qurumlarına "İsrail ilə ikitərəfli elmi-texniki əməkdaşlıqda iştirak etməməyi” tövsiyə edib.
Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun tərəflər arasında qarşıdurmaya sülh yolu ilə son qoymaq üçün İsrail və Fələstin arasında ikitərəfli dialoqun tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, İsrail-Fələstin məsələsinin həllinə yalnız birbaşa danışıqlar yolu ilə nail olmaq olar. Dövlət Departamenti rəhbərinin qeyd etdiyi kimi, Vaşinqton İsrail və Fələstin arasında razılaşdırılmış ərazi mübadiləsinə əsaslanan sülh müqaviləsinin tərəfdarıdır.
Aydın