Xəbər lenti

ABŞ kambocalı oliqarxın 15 milyard dollarlıq kriptovalyutasını müsadirə etdi
Dünya 17:45 15.10.2025

ABŞ kambocalı oliqarxın 15 milyard dollarlıq kriptovalyutasını müsadirə etdi

ABŞ Ədliyyə Nazirliyi kriptovalyuta fırıldaqçılığına qarşı aparılmış ən iri əməliyyatlardan biri barədə məlumat yayıb. 

Qaynarinfo xəbər verir ki, nazirliyin açıqlamasına görə, Nyu-York məhkəməsinin qərarı ilə 127,2 min ədəd Bitcoin (təxminən 15 milyard ABŞ dolları dəyərində) müsadirə edilib. 

Məlumatda bildirilir ki, vəsaitlər Kamboca və Böyük Britaniya vətəndaşlığına malik iş adamı Çen Çjidən alınıb. O, fırıldaqçılıq sxemi yaratmaqda və çirkli pulların yuyulmasında ittiham olunur.

İstintaq materiallarına əsasən, Çen Çji "Pig Butchering" adlanan sxemdən istifadə edib. Bu üsul son dövrlərdə kriptodələduzlar arasında geniş yayılıb. Sxem çərçivəsində saxta kriptovalyuta platformaları, sosial şəbəkə hesabları və investisiya resursları yaradılır, vətəndaşlar isə yüksək gəlir vədi ilə bu sistemlərə cəlb olunur. Başlanğıcda iştirakçılara kiçik məbləğdə mənfəət qaytarılır, lakin böyük vəsaitlər yatırıldıqdan sonra dələduzlar yoxa çıxır.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Çen Çji Kambocada fəaliyyət göstərən iri "Prince Holding Group" şirkətlər qrupunun rəhbəridir. Qrup tikinti, maliyyə xidmətləri və istehlak malları sektorlarında çalışır. ABŞ rəsmiləri qeyd ediblər ki, sahibkar qanunsuz əməliyyatlarında bu şirkətin bəzi resurslarından, o cümlədən qumar biznesi bölməsindən və işçilərindən istifadə edib. İşçilərə potensial müştəriləri cəlb etmək məqsədilə kütləvi telefon zəngləri və spam mesajlar göndərmək tapşırılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->