Xəbər lenti

ABŞ Kiprə silah embarqosunu ləğv etdi, Ankara bunu yanlış saydı
Dünya07:52 17.09.2022

ABŞ Kiprə silah embarqosunu ləğv etdi, Ankara bunu yanlış saydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Entoni Blinken 2023-cü maliyyə ili üçün (ABŞ-da oktyabrın 1-dən başlayır) Kiprdə müdafiə ticarətinə qoyulan məhdudiyyətləri ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysın departamentin saytında dərc olunmuş bəyanatında deyilir.
"Blinken, 2023-cü maliyyə ilində Kipr Respublikasına müdafiə təyinatlı məhsulların ixracı, təkrar ixracı və təhvil verilməsinə icazə vermək üçün müvafiq qanunvericiliyə əsasən, Kipr Respublikasının lazımi şərtlərə əməl etdiyini Konqres tərəfindən müəyyən edib və təsdiqləyib. Lefkoşanın şərtlər illik əsasda qiymətləndirilir”, - məlumatda deyilir.
Prays qeyd edib ki, Konqres tərəfindən qəbul edilmiş bəzi əvvəlki qanunvericilik təşəbbüsləri Vaşinqtondan ən azı ildə bir dəfə Nikosiyanın çirkli pulların yuyulmasına qarşı tənzimləmə və maliyyə tənzimlənməsinə nəzarət sahəsində islahatların həyata keçirilməsi üçün ABŞ hökuməti ilə işləməyə davam etdiyini təsdiqləməsini tələb edir.
Bundan əlavə, dövlət katibi qanunvericiləri əmin etməlidir ki, Kipr Respublikası hökuməti Rusiya gəmilərinin yanacaq doldurmaq və xidmət göstərmək üçün limanlara çıxışını qadağan etmək üçün zəruri addımlar atıb və atmağa davam edir.
Yalnız bu halda Amerikanın müdafiə məhsulları ticarətinə qoyduğu məhdudiyyətlər hər il Kiprdən götürüləcək.
Türkiyə Xarici İşlər Nazirliyi artıq ABŞ-ın qərarına mənfi reaksiya verib və bildirib ki, Kiprə silah embarqosunun ləğvi Şərqi Aralıq dənizində sülh və sabitliyə zərər verəcək.
Alpər