Bu gün ABŞ Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollar məbləğində yardımın ayrılmasına baxacaq.
Aprelin 28-də ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya dəstək üçün 33 milyard dollar, o cümlədən 20 milyard dollardan çox hərbi yardım istəyib.
Qaynarinfo xəbər verir ki, mənbələrin "Reuters"ə verdiyi məlumata görə, yeni təklifə əlavə olaraq 3,4 milyard dollarlıq hərbi yardım və 3,4 milyard dollarlıq humanitar
yardım daxildir.
Bazar ertəsi prezident Bayden Konqresi "dərhal" Ukraynaya yardım edəcək qanunu qəbul etməyə çağırıb.
CNN-in məlumatına görə, ABŞ Nümayəndələr Palatasında çoxluğun lideri Steni Hoyer Palatanın bu gün günü 40 milyard dolları məbləğin ayrılması məsələsinə baxılacağını
söyləyib.
Nümayəndələr Palatasının rəsmilərinə məktublarında Dövlət Katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bildiriblər ki, prezidentin Konqresin təsdiqi olmadan silah transferlərinə razılıq verməyə icazə verən səlahiyyətlər çərçivəsində istifadə etmək üçün cəmi 100 milyon dollar qalıb. Bu səlahiyyətlərin mayın 19-dək tükənəcəyi gözlənilir.
Nizami Bağırov