0ABŞ Milli Kəşfiyyatı rəsmiləri ölkənin Milli Kəşfiyyat Direktoru Ofisinin (ODNI) 2022-ci ilin avqust ayına olan məlumatları özündə əks etdirən hesabatına bütün müşahidə dövrü ərzində UNO müşahidələri ilə bağlı 510 məlumatı qeyd edib.
Qaynarinfo bu barədə Roasbalt-a istinadla xəbər
verir.
Məlumata görə, 2021-ci il martın 5-dək aparılmış 17 illik müşahidədə belə obyektlər barədə 144 məlumat daxil olub, 2022-ci ilin avqust ayına qədər isə kəşfiyyat orqanları daha 247 hadisəni öyrənib. Bundan əlavə, ekspertlər hesabat hazırlayarkən daha 119 UNO hesabatının statistikada nəzərə alınmadığını aşkar ediblər.
Hesabatda eyni zamanda, obyektlərin yarıdan çoxu "qeyri-adi xüsusiyyətlər" göstərib. Mütəxəssislər onlardan 26-nın pilotsuz uçuş aparatlarına aid olduğunu, kəşfiyyat xidmətlərinin məlumatına görə, daha 163 obyektin şar olduğu və ya onlara bənzədiyi ortaya çıxıb. Kəşfiyyat altı fenomeni hava - quşlar və havada uçan zibillərlə əlaqələndirib.
Eyni zamanda, 171 fenomen izah edilə bilinməyib.
Aydınlaşdırılır ki, naməlum obyektlərlə bağlı yeni məlumatların əksəriyyəti ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin pilotları və operatorlarından gəlib.
İyun ayında "The New York Times” ABŞ kəşfiyyat agentliklərinə istinadən 120 UNO-nun müşahidə edildiyini bildirsə də, bunların yadplanetli gəmilər olduğuna dair heç bir dəlil olmayıb.
Alpər