Xəbər lenti

ABŞ Müdafiə naziri Kiyevdə
Dünya 11:50 21.10.2024

ABŞ Müdafiə naziri Kiyevdə

ABŞ müdafiə naziri Lloyd Ostin bazar ertəsi səhər Kiyevə gəlib. O, Amerikanın Ukraynaya gələcək yardım perspektivlərini müzakirə etməyi planlaşdırır. Bu dəsdək əsasən ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq.  

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir. 

Səfər zamanı Ostin Ukrayna prezidenti Volodimir Zelenski və Müdafiə naziri Rüstəm Umerovla görüşəcək. Danışıqların əsas mövzusu Ukraynanın hazırkı silah ehtiyacları və gələn il Ukrayna Silahlı Qüvvələrinə dəstək məsələsinin müzakirəsi olacaq.

Ostin Ukraynaya dəstək üçün yaradılan beynəlxalq koalisiyaların əhəmiyyətini vurğulayaraq, bu səylər sayəsində Ukraynanın Rusiyanın təcavüzünə müqavimət göstərə bildiyini qeyd edib. Bununla belə, ABŞ prezident seçkilərinin nəticəsi davamlı dəstəyi təhlükə altına qoya bilər, xüsusən də Ukraynaya yardımın davam etdiriləcəyinə dair şübhələrini dəfələrlə dilə gətirən Donald Tramp qalib gələrsə.

Ostinin səfəri Ukrayna qüvvələrinin ciddi problemlərlə üzləşdiyi cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->