ABŞ administrasiyası "Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya tədarük etmək planlarını yekunlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN kanalı üç ABŞ rəsmisinə istinadən məlumat
yayıb.
Onların fikrincə, qərar hələ bu həftə rəsmi olaraq elan edilə bilər. Pentaqonun planı sonucda müdafiə naziri Lloyd Ostin tərəfindən təsdiqlənməlidir, bundan sonra o, prezident Co Baydenə imzalanmaq üçün göndəriləcək. Bu məlumatı The Wall Street Journal mənbələri də təsdiqləyib.
Bu sistemlər sənədlərin imzalanmasından qısa müddət sonra göndəriləcək. Ukrayna hərbçiləri ABŞ-ın Almaniyadakı Qrafenvur bazasında təlim keçəcəklər.
Kiyevin neçə sistem alacağı hələ ki, bəlli deyil, lakin onlar nəinki "səmanı bağlayacaq”, həm də Şərqi Avropada NATO üzvü olan ölkələrin hava məkanının təhlükəsizliyini təmin edəcək, - CNN mənbələrindən biri deyir.
Adətən, "Patriot” batareyasına hədəfləri aşkar edən və izləyən radar, kompüterlər, elektrik enerjisi avadanlığı, döyüş idarəetmə stansiyası və hər birində buraxılmağa hazır dörd raket olan səkkizə qədər buraxılış qurğusu.
"Patriot” kompleksi müvafiq olaraq 160 km və 50 km məsafədə aerodinamik və ballistik hədəfləri məhv edə bilir, lakin onun əhəmiyyətli çatışmazlığı var – bu, həm xərc, həm də idarəetmədir. "Patriot”, istismar və texniki xidmət baxımından bahalı, texnoloji cəhətdən mürəkkəb bir sistemdir. Bir "Patriot” batareyası təxminən 1 milyard dollara başa gəlir və 70 ixtisaslı personal tələb edir.
Ağ Evin yüksək rütbəli rəsmisi CNN-ə deyib ki, "yerdə baş verənlərin reallığı” administrasiyanı bu addımı atmağa məcbur edib. O, həmçinin Rusiyanın davam edən atəşə tutulmasını, bunun nəticəsində Ukraynanın demək olar ki, bütün qeyri-nüvə elektrik stansiyalarının zədələndiyini, milyonlarla insanın işıqsız və istiliksiz qaldığını qeyd edib.
Nizami Bağırov